A+
A–

Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Maliyyə Nazirliyinin kollektivi Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ağacəkmə kampaniyası keçirib. Nazirliyin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi iməcilik zamanı ərazidə ölkəmizin iqlim şəraitinə uyğun xeyli ağac və kol bitkiləri əkilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kampaniya ekologiya mütəxəssislərinin müşayiəti ilə aparılıb. Eyni zamanda, əvvəlki illərdə həmin ərazidə əkilmiş ağaclara da qulluq olunub.
Bu gün Bakı şəhəri və Abşeron yarımadasında ağacəkmə və yaşıllaşdırma istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən belə iməciliklərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
AZERTAG.AZ :Maliyyə Nazirliyinin kollektivi ağacəkmə kampaniyası keçirib
Maliyyə Nazirliyinin kollektivi ağacəkmə kampaniyası keçirib
Maliyyə Nazirliyinin kollektivi ağacəkmə kampaniyası keçirib