A–
Bakı, 24 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 3 milyard 991,2 milyon kubmetr qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, qaz nəqlinin 32,3 faizi Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 1 milyard 288,3 milyon kubmetr qaz ötürülüb.
AZERTAG.AZ :Bu il Azərbaycandakı magistral qaz kəmərləri ilə 4 milyard kubmetr qaz nəql olunub