Xalq artisti Zülfiyyə Xanbabayeva yeni ifasını təqdim edib.

Axşam.az-ın məlumatına görə, müğənni "Evləri köndələn yar" teletamaşasındakı "Deyərmi?" adlı mahnını səsləndirib.

Bəstənin sözləri Vaqif Səmədoğluna, musiqisi isə Emin Sabitoğluna məxsusdur. Mahnının aranjiman işi Əvəz Muradova həvalə olunub.