A+
A–

Bakı, 24 mart, AZƏRTAC
Martın 24-də Azərbaycanın 21 yaşadək futboçulardan ibarət yığma komandası “Avro-2017”nin seçmə mərhələsi çərçivəsində səfərdə Rusiya millisi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, polşalı baş hakim Tomaş Musyalın idarə etdiyi görüşdə qalib müəyyənləşməyib – 2:2.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesabı yığma komandamız açıb. Qarşılaşmanın 46-cı dəqiqəsində milli komnadamızın futbolçusu Mahir Mədətov rəqib qapısına yol tapıb – 1:0. Qoldan sonra hücumların sayını daha da artıran Rusiya millisi 51-ci dəqiqədə İlya Zuevin, 5 dəqiqə sonra isə Dmitri Barınovun qoları ilə hesabda irəli çıxıb. Lakin 59-cu dəqiqədə Mahir Mədətovun sol cinahdan başlatdığı hücumu Rahil Məmmədov uğurla başa çatdıraraq hesabı bərabərləşdirib – 2:2. Sonrakı dəqiqələrdə hesab dəyişməyib və komandamız Rusiya səfərini bir xalla başa vurublar.
Qeyd edək ki, Bakıda keçirilən oyunda Yaşar Vahabzadənin yetirmələri 3:0 hesabı ilə qalib gəlmişdilər.
Bu oyundan sonra komandamız 7-ci qrupda dördüncü sıradakı yerini qoruyub.
AZERTAG.AZ :Azərbaycanın 21 yaşadək futbolçuları səfərdə Rusiya yığması ilə heç-heçə edib