Elnur Hüseynovun “O səs Türkiyə” telelayihəsində möhtəşəm qələbəsi estradamızın ən sanballı simalarını belə biganə qoymayıb.
Milli.Az xəbər verir ki, xalq artisti İlhamə Quliyeva onun uğuru barədə atvxeber.az-a bunları söylədi:
“Elnur çox istedadlı mügənnidir. Və əlbəttə, mən cox şadam ki, o belə bir reytinqli layihədə qalib gəldi. Bir çox digər müğənnilərmizdən fərqli olaraq, Azərbaycanın əsl piarını məhz Elnur etdi. Onlar Türkiyədə telekanalların heç bir sanballı verilişlərinə düşə bilməyib, ancaq deyirlər ki, məni çağırdılar, amma getmədim. Axı siz burada kimə lazımsınız ki, orada da kiməsə lazım olasız? Lakin belə bir istedada bizim şou-biznes kömək etməyə borcludur. İstərdim ki, telekanallarımızda onu daha çox görək. Qoy Azərbaycanda da onun piarı layiqincə və lazımi qədər olsun".
Milli.Az