Təşkilat komitəsindən Azərtac-a bildiriblər ki, müsabiqədə kiçik (15 yaşadək) və böyük (16-20 yaş) yaş qrupları ilə təmsil olunan ölkələrin gənc istedadlarının çıxışları beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin sonunda qaliblərin mükafatlandırılması mərasimi və qala-konsert təşkil olunacaq.
Dostluq ruhunun hakim kəsildiyi əsl musiqi bayramına çevrilən beynəlxalq festival-müsabiqə müxtəlif ölkələrdən istedadlı gənc musiqiçiləri öz ətrafında toplayaraq, onların peşəkar yüksəlişinə, təcrübə mübadiləsinə zəmin yaradır, mədəni əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Belə nüfuzlu müsabiqədə iştirak iştirakçıların yaddaşında dərin iz buraxır.