A+
A–

Füzuli, 28 mart, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrında Altay Məmmədovun “Həmyerlilər” tamaşasının son məşqləri gedir.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.
Tamaşada əsas rollarda Qaçaq Qarayev, Sevinc Məmmədova, Məryəm Məmmədova, Vaqif Rəhimov, İntizar Quliyeva, Əsmər İbrahimova, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Aygün Cəfərova və başqaları çıxış edirlər.
“Həmyerlilər” tamaşası tezliklə teatrsevərlərə təqdim olunacaq.
AZERTAG.AZ :“Həmyerlilər” tamaşası tezliklə teatrsevərlərə təqdim olunacaq