A+
A–

Bakı, 30 mart, AZƏRTAC
“Kapital Bank” müştərilərə yüksək və operativ xidmət göstərmək məqsədilə filiallarda yeni əməliyyat sisteminin tətbiqinə start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, sözügedən əməliyyat sistemi müştərilərə göstərilən xidmət müddətini minimuma endirmək və digər bank əməliyyatlarının daha sürətli həyata keçirilməsinə xidmət edəcək. Bununla əlaqədar bir həftə ərzində bankın filiallarının fəaliyyətində fasilələr istisna olunmur. Sistemin yeniləmə işləri başa çatdıqdan sonra bank əvvəlki iş rejimində fəaliyyətini davam etdirəcək.
AZERTAG.AZ :“Kapital Bank”ın filiallarının əməliyyat sistemi yenilənir