A–
Qahirə, 30 mart, AZƏRTAC
Misir Baş Prokurorluğu Kipr hakimiyyət orqanlarından A320 sərnişin təyyarəsini qaçıran Seyf əd-Din Mustafanın ekstradisiyasını xahiş edir. Ölkənin Baş prokuroru Nabil Sadiq rəsmi Nikosiyaya ekstradisiya haqqında sorğu göndərilməsinə dair göstəriş verib.
Həbs edilən 59 yaşlı Seyf əd-Din Mustafa artıq Kipr məhkəməsinin qərarı ilə 8 günlüyə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, İsgəndəriyyədən Qahirəyə uçan “Egypt Air” aviaşirkətinə məxsus A-320 sərnişin təyyarəsi martın 29-da səhər vaxtı ələ keçirilib. Qaçırılan təyyarə Kirpin Larnaka şəhərində yerə enib. Təyyarənin göyərtəsində 56 sərnişin, 7 ekipaj üzvü və bir təhlükəsizlik zabiti olub. Girovların hamısı azad edilib, təyyarəni qaçıran şəxs isə yaxalanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
AZERTAG.AZ :Misir təyyarəni qaçıran şəxsi Kiprdən ekstradisiya etmək istəyir