Hər zaman qalmaqallı açıqlamaları və müsahibələri ilə gündəmə gələn Əli Mirəliyev Səməd Səmədov haqqında ağır ittihamlar səsləndirib.
Müğənni müharibə olarsa, Səməd Səmədovun döyüşə getməyəcəyini, qaçıb gizlənəcəyini deyib.
Milli.Az xəbər verir ki, publika.az bu məsələ ilə əlaqədar S.Səmədovun fikirlərini öyrənib. Müğənni cavabında bildirib ki, Əli Mirəliyev belə çıxışlar etməsə, ac qalar. S.Səmədovun sözlərinə görə, Ə.Mirəliyev gündəmdə qalmaq xətrinə belə açıqlamalar verir: "Adımı çəkdiyinə görə ona minnətdaram. Haqqımda tez-tez danışmaqla xalqımın məni unutmasına imkan vermir. Özü də mənim sayəmdə gündəmə gəlir. Onun evində qazan mənim sayəmdə qaynayırsa, belə açıqlamalar vermək ona xeyir gətirirsə, haqqımda istədiyi qədər danışa bilər. Allah onun canını sağ eləsin. Primadonnamız da sağlığında mənə başa saldı ki, kimsə haqqımda danışırsa, deməli, mən dəbdəyəm. O, İlhamə Quliyevanın qohumu olsa da İlhamə xanım məni müdafiə edirdi və deyirdi ki, narahat olmaq lazım deyil, yaxşının dalınca danışarlar".
S.Səmədov 3 il hərbi xidmətdə olduğunu vurğulayıb: "Qaçıb gizlənmək məsələsinə gəldikdə isə onu deyim ki, əgər belə bir hadisə olarsa, özü müharibəyə əsgər kimi gedə bilər, mən isə komandir kimi gedərəm! Hərbi xidmətimi Smolensk şəhərində başa vurmuşam. Hərbi rütbəm serjant idi. Hətta əldə etdiyim uğurlara görə, o dövrdə qəzetdə adım da çıxmışdı".
Milli.Az