Vertu 22 min dollarlıq smartfon göstərdi

Vertu 22 min dollarlıq smartfon göstərdi
21:17 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Vertu öz bahalı smartfonları ilə məşhurdur. Bu yaxınlarda istehsalçının qurğu kolleksiyasına yeni model – Pure Jet Red Gold əlavə edilib.
 
Bu smartfonun dəyəri 21900 dollardır. Aparat 4,7 düymlük Full HD təsvir ölçülü ekran, 2 QB əməli yaddaş, Snapdragon 801 prosessoru, 64 QB daxili yaddaş, 13 meqapiksellik Hasselblad kamerası və Band & Olufsen şirkətinin qabaqcıl audio texnologiyası ilə təchiz olunub. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Pure Jet Red Gold smartfonu görünüşcə şirkətin başqa smartfonuna (Signature Touch) çox oxşayır, amma fərq var.
 
Gurluluq tənzimləyicisi və dizaynın başqa elementləri qızılla işlənib, smartfonun korpusu keramik işləmələrdən ibarət titandan hazırlanıb və arxa panel isə Alp dağlarında böyüdülmüş buzovun dərisindən işlənib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR