Açılıb-bağlanan telefonlar yenidən populyarlaşıb

Açılıb-bağlanan telefonlar yenidən populyarlaşıb
21:22 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Yaponiyada ənənəvi açılıb-bağlanan telefonlar gözlənilmədən populyarlaşmağa başlayıb, bu halda smartfonlara tələbat azalır. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiyada 7 ildə ilk dəfə açılıb-bağlanan telefonların satış həcmi yüksəlib. MM Research Instituteun analitikləri aydınlaşdırıb ki, 2014-cü ildə 10,58 milyon belə model satılıb ki, bu da 2013-cü illə müqayisədə 5,7 faiz daha çoxdur. Bu halda smartfonların tədarükü 27,7 milyon azalıb.
 
Analitiklər hesab edir ki, açılıb-bağlanan telefonların populyarlaşması Yaponiyada mobil rabitə və internetdən istifadə haqqının baha olması ilə bağlıdır, buna görə də sakinlərin əksəriyyəti smartfonları məqsədəuyğun hesab etmir və köhnə modellərdən istifadə edirlər.
 
Məlumat üçün bildirək ki, Yaponiyada 125 milyon abunəçi (əhalinin 98,5 faizi) mobil rabitədən istifadə edir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/325471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR