Livan polisi ölkədə insan alveri ilə məşğul olan ən böyük dəstəni ifşa edib və fahişəliklə məşğul olmağa məcbur edilən, yetkinlik yaşına çatmayan 75 qızı azad edib.

Hüquq-mühafizə orqanlarında dəqiqləşdiriblər ki, seks kölələrinin əksəriyyəti suriyalılardır. Cinayətkarlar onlardan bəzilərini qaçqın düşərgələrindən qaçırıblar, bəzilərini isə suriyalılar özləri satıblar.

Qeyd olunur ki, qızları döyürdülər və onlara işgəncə verirdilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, polis reydi zamanı 18 nəfər həbs olunub - 10 kişi və 8 qadın. Onlar qızları intim xidmət göstərdikləri yerlərdə, gecə klubları və mənizllərdə müşayiət edirdilər.

Qruplaşma paytaxt Beyrutdan şimalda yerləşən Cuniya şəhərində fəaliyyət göstərirdi.

Milli.Az