Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) konsorsiumunda İtaliya üzrə yeni direktor təyin edilib.

Trend-in konsorsiuma istinadən verdiyi məlumata görə, bu, Mikele Mario Eliadır.

M.M.Elia bu vəzifədə Klara Rissonu əvəzləyəcək.

Qeyd edək ki, TAP Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa ölkələrinə nəqlini nəzərdə tutur.

Bizi Twitter-dən izləyin: @trend_az