Gürcüstanda NATO bazası olmayacaq?

Gürcüstanda NATO bazası olmayacaq?
22:52 19 Fevral 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın yaxın vaxtlarda NATO-ya qoşulması məsələsi gündəlikdə durmur və bu barədə Brüsesselin, Moskvanın və Tbilisinin dolğun məlumatı var, Gürcüstan Baş nazirinin təmsilçisi jurnalistlərə bildirib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi təmsilçisi Zurab Abaşidzenin sözlərinə görə, Tbilisinin alyansla əməkdaşlığının məqsədi Gürcüstanda NATO hərbi infrastrukturunun yerləşdirilməsi deyil.
 
"Bu əməkdaşlıq Gürcüstanda NATO infrastrukturunun yerləşdirilməsinə yönəlməyib", - cənab Abaşidze Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edərkən bildirib.
 
Ötən gün Gürcüstandan ayrılmış Cənubi Osetiyanın XİN rəhbərilə görüşdən sonra Sergey Lavrov bildirmişdi ki, Tbilisinin NATO-ya sürüklənməsi "Cənubi Qazfqazda sabitliyin bərqərar olunmasına xidmət etməyəcək".
 
"Bu proses reallaşmağa başlasa - belə görünür ki, artıq başlayır - onda bu prossesin vəziyyətə mənfi təsirinin qarşısını almaq üçün tədbirlər görməli olacağıq", Rusiya XİN rəhbəri xəbərdarlıq edib.
 
Gürcüstan XİN-i cənab Lavrovun bəyanatına cavab olaraq bəyan edib ki, Avropa və Avroatlantika inteqrasiyası "ölkənin xarici siaysətinin prioriteti olaraq qalır".
"Gürcüstanın işğal olunmuş ərazilərinin militarizasiyasını davam etdirməklə və ilhaq etməyə çalışmaqla, Rusiya özü Cənubi Qafqazda sabitliyin bərqərar olmasına əngəl yaradır", rəsmi Tbilisinin bəyanatında qeyd olunub.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/43432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR