Peşəkar argentinalı rəqqasə, keçmiş "Playboy" modeli Mora Godoy ABŞ prezidenti Barak Obama ilə tanqo şousundan danışıb.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, rəqqasə Obama ilə rəqs etməyin protokol qaydalarında olmadığını deyib:
"Bu şou protokol qaydalarına əsasən baş tutmadı. Mənə ABŞ prezidentini rəqsə dəvət etmək, ümumiyyətlə, qadağan edilmişdi. Prezident Maurisio Makri mənim bu dəvətimdən çox təəccüblənsə də, daha sonra mənə minnətdarlığını bildirdi. Bu cür hadisələr hər gün baş vermir, hər anı dəyərləndirmək lazımdır", - deyə 43 yaşlı rəqqasə Argentinada yayımlanan "The Farandula Show" verilişində qonaq olarkən söyləyib.
Onun sözlərinə görə, Obama yaxşı rəqs yoldaşıdır: "O, özü əla rəqs edirdi, üstəlik birinci xanım Mişel Obamanın peşəkarcasına rəqs etməsinə də heyran olmuşdu. "First Lady"də yaxşı oynadığına görə xoşbəxt idi. O, daha sonra mənə təşəkkür etdi".
Milli.Az