Müğənni Sevda Sanəliyeva ermənilərin gecə boyunca cəbhə bölgəsini atəşə tutmasına münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı polis işçisi olan həyat yoldaşının da cəbhəyə aparıldığını yazıb:
"Allah cəbhədəki əsgərlərə, orada yaşayanlara da kömək olsun. Yoldaşımı da ora göndərdilər. Qorxuram, həyəcanlıyam. Başımda bir böyüyüm o qalıb".
Qeyd edək ki, S.Sanəliyeva 2014-cü ilin iyununda gizli toy etmişdi.
Milli.Az