Bakıda "Mercedes" piyadanı vurub öldürüb

Bakıda "Mercedes" piyadanı vurub öldürüb
09:17 20 Fevral 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə Qara Qarayev prospektində baş verib. Bakı sakini, 26 yaşlı Babayev Nicat Arif oğlu yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan Nicat Babayev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Yol qəzasını Nizami Rayon Polis İdarəsi araşdırır. Fakt üzrə cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR