A–
Bakı, 4 aprel, AZƏRTAC
“Atəşgah” Sığorta Şirkəti sığorta məsləhətçiləri arasında “Bizimlə ol, mənzil qazan!” adlı müsabiqə keçirir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin əsas mükafatı Bakıda mənzil, eləcə də əvvəlki illərdə olduğu kimi avtomobil və digər qiymətli hədiyyələrdir. Belə ki, hər bir sığorta məsləhətçi il ərzində topladığı sığorta haqlarından asılı olaraq bu hədiyyələrə sahib olmaq imkanı əldə edəcək.
Müsabiqədə şirkətin mövcud sığorta məsləhətçiləri ilə yanaşı, bu şəbəkəyə yeni qoşulan üzvlər belə iştirak etmək hüququna malikdir. Ətraflı məlumatı (012) 940 əlaqə telefonu vasitəsilə əldə etmək olar.
AZERTAG.AZ :“Atəşgah” Sığorta Şirkətindən “Bizimlə ol, mənzil qazan!” müsabiqəsi