Cənubi Koreyanın baş naziri: “Şimali Koreya ilə istənilən formatda dialoq aparmağa hazırıq”

11:37 2 Yanvar 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 11:32 ]

Bakı - APA. Cənubi Koreya şimal qonşusu ilə barışığa və istənilən formatda dialoq aparmağa hazırdır.

 

APA-nın Cənubi Koreyanın “Renhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bu ölkənin baş naziri Çon Hon Von deyib.

 

“Bu il biz Koreya yarımadasında əbədi sülh yaratmalıyıq və birləşmək istiqamətində addım atmalıyıq”, - deyə baş nazir bildirib.

 

Qeyd edək ki, Yeni il münasibətilə xalqa ünvanladığı müraciətdə Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə dialoq aparmağa hazır olduğunu açıqlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR