Cəbhə xəttində baş verənlər, şəhidlərimizin itkisi bəzi müğənnilərin pul qazanmaq həvəsini öldürə bilməyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, açıqlama verən xalq artisti Səməd Səmədov dünən gecə "Oazis" restoranında şou-proqramda iştirak etdiyini təsdiqləyib.

Müğənni bu gecə hansı restoranda çıxış edəcəyini hələ dəqiqləşdirmədiyini bildirib: "Hələ ki, hansı restoranda çıxış edəcəyimi dəqiqləşdirməmişəm. Amma dünən gecə "Oazis"də olmuşam".

Milli.Az