Qaradağ rayonunda inşa edilən tullantı mərkəzi 2016-cı ildə fəaliyyətə başlayacaq

12:23 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, Nihat Budaqov, AzərTAc
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "bp Azerbaijan" şirkəti ilə birgə Bakının Qaradağ rayonunda inşa etdiyi tullantı mərkəzinin 2016-cı ildən tam fəaliyyətə başlaması nəzərdə tutulub.
AzərTAc xəbər verir ki, bu barədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə məlumat verib.
R.Hüseynzadə bildirib ki, həmin tullantı mərkəzində vaxtilə ətraf mühitə atılan lay suları, qazma və neft şlamı təmizlənəcək. Tikintisini SOCAR-ın həyata keçirdiyi mərkəz üçün Almaniyanın "ECON" şirkətindən 15 milyon dollar dəyərində müasir texnologiya ilə işləyən qurğular alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradag_rayonunda_insa_edilen_tullanti_merkezi_2016_ci_ilde_fealiyyete_baslayacaq-833601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR