Mərkəzi Bankda korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən ənənəvi tədbirlərdən biri kimi B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib.

Bankdan Milli.Az-a verilən məlumata görə, qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilmişdir. Nəticədə 70 əməkdaşdan qan götürülüb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Milli.Az

Mərkəzi Bankda növbəti qanvermə aksiyası - FOTO
Mərkəzi Bankda növbəti qanvermə aksiyası - FOTO
Mərkəzi Bankda növbəti qanvermə aksiyası - FOTO
Mərkəzi Bankda növbəti qanvermə aksiyası - FOTO