Livanın keçmiş baş naziri ölüb

12:07 2 Yanvar 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 12:04 ]

Bakı - APA. Ötən gün Livanın keçmiş baş naziri Ömər Karame paytaxt Beyrutda dünyasını dəyişib.

 

APA-nın Böyük Britaniyanın “Press Association” agentliyinə istinadən xəbər verir ki, 80 yaşında vəfat edib.

 

Maraqlıdır ki, son zamanlar Beyrutda yerləşən Amerikan universitetinin tibb mərkəzində müalicə olunan keçmiş baş nazirin hansı xəstəlikdən əziyyət çəkdiyi gizli saxlanılır.

 

Qeyd edək ki, Ö. Karame 1990-92-ci və 2004-05-ci illərdə Livan hökumətinə başçılıq edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR