ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
13:47 20 Fevral 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 13:41 ]

“Prezidentlər həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər”

Bakı. Məlahət Nəcəfova - APA. “ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin məqsədi yanvar ayında zorakılıq hallarının təhlükəli həddə çatmasından sonra tərəfləri güclü şəkildə atəşkəsə sadiq qalmağa çağırmaq olub”. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlə bağlı verdikləri birgə bəyanatda deyilir.

 

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) fevralın 16-19-da regiona səfər ediblər. Səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib: “Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Həmsədrlərlə görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər”. 

 

Vasitəçilər prezident və xarici işlər nazirləri ilə münaqişənin həlli istiqamətində növbəti addımları, o cümlədən hər iki ölkə prezidentlərinin bu ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə etdiklərini söyləyiblər: “Regiona səfər çərçivəsində həmsədrlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüşüblər. Onlar prezidentlərin ötən ilin oktyabrında Paris sammitində itkin düşmüş şəxslərlə bağlı BQXC-nin himayəsi ilə informasiya mübadiləsi aparılması barədə əldə etdikləri razılaşmanın vacibliyini qeyd ediblər”.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR