Ötən gün bir qrup məşhur Mədəniyyət və Turizm Nazirliyinin, Müdafiə Nazirliyinin xətti ilə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən hərbi hissəyə yollanıblar.

Axşam.az xəbər verir ki, tanınmışlar əsgərlərin qarşısında konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə müğənnilər Nadir Qafarzadə, Ayaz Qasımov, Kərim Abbasov, rəqqasə Fatimə Fətəliyeva, Sevil Səfərova və Rəqsanə İsmayılova iştirak ediblər.

Rəqsanə İsmayılova konsertlə bağlı təəssüratlarını bölüşüb:

"Vətənin keşiyində dayanan, bizi canı bahasına qoruyan oğullarımıza dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur. Tək sənətçi yox bir ana, bacı kimi onların yanında olmalıyıq. Başda Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Nazirliyi olmaq şərtiylə bu görüşün təşkilində əziyyəti keçən hər kəsə təşəkkür edirəm.

Tezliklə Qarabağda yerləşən digər hərbi hissələrdəki əsgərlərimizin də görüşünə gedəcəyəm. Allah mərd oğullarımızı qorusun, şəhidlərimizə rəhmət eləsin".

Tanınmışlar əsgərlər üçün konsert verdi -  fotolar