Əməkdar artist Lalə Məmmədovanın cəbhə bölgəsinə gedib əsgərlər üçün konsert verən sənət dostlarını pisləməsi bir çoxlarını özündən çıxarıb.
Axşam.az-ın məlumatına görə, müğənninin "Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir?" sözlərinə bir çox tanınmışlar fikir bildirib.
Əməkdar artist Röya Ayxan L.Məmmədovanın bu ifadələrinə "Mən səninlə razıyam" deyə, şərh yazıb.
Prodüser Tarix Əliyev (Tolik) hər iki əməkdər artistin fikirlərinə sərt münasibət bildirib:
"Dünən bizi qınayırdılar ki, əsgərlərin yanına gediblər. Mən başa düşürəm insanlar toyu aylar əvvəl danışır. Biz də toydayıq. Amma şəkil, video paylaşmaq nəyə lazımdır? Hələ onlara "əjdahasan, supersən" yazanların sabun başına kül. Vətən dərdi çəkən heç olmasa getdiyi toyu gizlədər. Ay aman, şəkil qoymasalar, deyəcəklər toyu yoxdur".
Prodüser yazdığı "Lalə, sən də deyəsən, deputat olmaq istəyirsən. Rəfiqən də ad alıb, elə bilir sözü keçərlidir" fikirlərini daha sonra silib və bunun səbəbini açıqlayıb:
"Bayaq yazdığım fikrimi sildim. Çünki istəmirəm kimisə reklam edim. Amma bunlar elə bilməsinlər ki, ulduzdular".
Müğənni Nadir Qafarzadə cəbhə bölgəsinə nazirliklərin təşkilatçılığı ilə getdiklərini vurğulayıb:
"Lalə Məmmədova bizi cəbhə bölgəsində konsert verməkdə günahlandırır. Əvvəla biz bunu özbaşına etməmişik. Müdafiə, Mədəniyyət və Turizm Nazirliklərinin təşkilatçılığı ilə etmişik. Bəli, o cəbhə bölgələrinə mən də getmişəm. Biz heç də toy-bayram etmirik. Bir vətandaş olaraq, borcumuzu yerinə yetiririk. Biz orada sadəcə oxumurduq, həm də şəhid ailələrinə baş çəkib, əlimizdən gələni əsirgəmirdik. Döyüş bölgəsində düşmənlə üz-üzə dayanıb Azərbaycanın mahnı və muğamlarını ifa edərək, ermənilərə eşitdirirdik ki, bilsinlər biz göz yaşlarına qərq olmamışıq. Şəhidlər bizim üçün ölməyib, qəlbimizdə əbədi yaşayacaqlar. Gəlin bu günlərdə bir-birimizə dəstək olaq, ittiham etməyək. Mən də şəhid vermişəm. Doğma əmim nəvəsi Ramil Novruzov. Bu yara hamımızındır. Bu gün Azərbaycan əsgərinin diqqətə, qayğıya ehtiyacı var. Bəzi şeyləri yazmayacaqdım, amma məcbur edirsiniz. Mənəvi dəstəklə yanaşı, maddi dəstəyim də olub. İndi yazın ki, Nadir özünü reklam edir".
Rəqqasə Fatimə Fətəliyeva isə hər kəsi bir olmağa səsləyib:
"Azərbaycanımızın bu günlərində hamıdan xahiş edirəm bir-birimizi qırmayaq, söz atmayaq. Bizim səhifələri ermənilər də izləyir. Kimsə nə isə edib və bunu səhv yozublarsa, buna göz yumaq. Axı bunu edən də azərbaycanlımızdır. Bu günlərdə sənət adamlarını tənqid etməyək".
Qeyd edək ki, müğənnilər Nadir Qafarzadə, Ayaz Qasımov, Kərim Abbasov, Sevil Səfərova, Rəqsanə İsmayılova və rəqqasə Fatimə Fətəliyeva cəbhə bölgəsində konsert verib.
Lalə Məmmədovanın paylaşımı qalmaqal yaratdı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Ailəm üçün yaşamalıyam” - 9 kiloqram arıqlayan İbrahim Borçalı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Paşinyanın şəxsi həyatı məhkəməlik oldu - Pul tələb edir?
Bu gün
·
02:41
“Vikinq”lə matça 23 futbolçumuz hazırdır” - Dambrauskas
Bu gün
·
01:03
Noyabr ayında 4 bürcün bəxti gətirəcək
Bu gün
·
00:08
“Ailəm üçün yaşamalıyam” - 9 kiloqram arıqlayan İbrahim Borçalı
Bu gün
·
00:05
İstanbulda futbol gecəsi - "Qalatasaray" almanları əliboş göndərdi
Dünən
·
23:53
Molla 32 yaşlı arvadını qətlə yetirib - TƏFƏRRÜAT
Dünən
·
23:51
Körpələr üçün təhlükəlidir - Türkiyə satışını dayandırır
Dünən
·
23:09
"Niyə subaysan" sualına belə cavab verdi
Dünən
·
23:07
Bu şəxslərə maaşdan əlavə pul verilə bilər - TƏKLİF
Dünən
·
23:00
"Xoşbəxt deyiləm" - "Fənərbağça"lı ulduz futbolçu
Dünən
·
22:54
"Şəki yaylası" istirahət mərkəzi bağlandı
Dünən
·
22:49
Ən qonaqpərvər ölkələr açıqlandı - SİYAHI
Dünən
·
22:41
Noyabrın 4-də paytaxtda qaz kəsiləcək - Ərazilər
Dünən
·
22:34
Maşın bazarında nə baş verir? - Qiymətlər dəyişir
Dünən
·
22:26
"Mahmut Hoca"nın oğlu illər sonra üzə çıxdı - FOTO
Dünən
·
22:26