"Most Fashionable Awards" mükafatlandırma mərasiminin finalı baş tutub.
"Boulevard Hotel Baku"da, "Most Fashionable Awards" 2015 beynəlxalq gözəllik müsabiqəsinin qala gecəsi baş tutdu.
Gecənin aparıcılığını Samir Bayramlı və "Best Model of Azerbaijan 2014" və "İşte benim stilim" yarışmasının azərbaycanlı iştirakçısı Sima Şərafətdinova edib. Mərasimdə ilk olaraq himnimiz səsləndirilib, şəhidlər yad edilib.
Daha sonra xaricdən dəvət olunan modellər podiumda yerli modellərlə birgə şou göstəriblər. Qala gecədə "Dress of the World" birincisi Aygün Talıbova və Anara Məmmədovanın kolleksiyası nümayiş olunub. Aygün Talıbovanın geyimlərin dizaynerin dəvəti ilə Bakıya gələn xarici modellərdə nümaiş etdirib.
Bu ildən etibarən dünyanın bir çox yerində keçirilən "Most Fashionable Awards Ceremony"nin namizədləri arasında müğənnilər, aparıcılar, aktyorlar, dizaynerlər, idmançılar, stilistlər, iş adamları, modellər, müxtəlif biznes sektorunun nümayəndələri yer alıb.
"İlin ən yaxşı aktrisası" xalq artisti Məleykə Əsədova, "İlin ən yaxşı müğənnisi" xalq artisti Faiq Ağayev, "İlin ən yaxşı məşqçisi" nominasiyasını isə Kamil Zeynallı, İlin aktyoru Fərda Xudaverdiyev, İlin moda evi Afaq İsmayılzadə, gənc aktyorları Şəhriyar Əbilov və Pərvin Abıyeva alıb.
Layihənin beynəlxalq rəhbəri Zamir Hüsüeynov, Azərbaycan rəhbəri isə Aqil Məmiyev, Təşkilatı işlər üzrə direktoru Pərviz Əzimzadədir.
Foto: Ratmir Şərifov
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az




























