Almaniyada Adolf Hitlerin “Mənim mübarizəm” kitabının çapına icazə verilib

Almaniyada Adolf Hitlerin “Mənim mübarizəm” kitabının çapına icazə verilib
18:17 20 Fevral 2015
207 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 18:15 ]


Bakı. Cavid Zeynallı - APA. Adolf Hitlerin “Mənim mübarizəm” (Mein Kampf) kitabının Almaniyada çapına icazə verilib.

 

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, artıq kitabın çap olunduğu tarix bəllidir.

 

Münhen Müasir Tarix İnstitutunun direktoru Magnus Brechtkenin bildirib ki, kitabın çapına qoyulan qadağa 2015-ci ildə başa çatdığından, 2016-cı ilin yanvarında əsər satışa çıxarılacaq.

 

İlk dəfə 1925-ci ildə işıq üzü görən, daha sonra nəşri qadağan olunan kitabın müəlliflik hüququ Bavariya vilayətində olub. Vilayət rəhbərliyi 1945-ci ildən “Mənim mübarizəm”in çapını qadağan edib.

 

Münhen Müasir Tarix İnstitutunun çapa hazırladığı kitab iki cilddə olmaqla, iki min səhifə olacaq. Kitabın 780 səhifəsi Adolf Hitler tərəfindən qələmə alınan orijinal mətn, digər səhifələr isə beş minə yaxın elmi şərhdir.

 

Ötən il Almaniya əyalət nazirlərinin toplantısında kitabın şərhlərlə bir yerdə çap olunması qərara alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR