Onun sözlərinə görə, ümumilikdə 25 989 müəllimdən 25 693 nəfəri (98,86%) diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edib.
O, həmçinin qeyd edib ki, 262 nəfər 10 faizdən aşağı nəticə göstərib və diaqnostik qiymətləndirmədən keçməmiş hesab olunub: "Onlardan 12-si Sumqayıt şəhər müəllimidir. İmtahanlarda ən yaşı nəticəni İngilis dili və coğrafiya müəllimləri göstərib. Riyaziyyat müəllimlərinin nəticələri orta, ibtidai sinif müəllimlərinin nəticələri isə zəif olub.
İmtahanlarda ən böyük problem metodika və bölmə üzrə olub. 30 nəfər imtahanlarda qaydaları pozduğu üçün imtahanlardan kənarlaşdırılıb".