“Oskar” mükafatı laureatlarını müəyyənləşdirmək üçün bülletenlərinin sayılmasına başlanılıb

“Oskar” mükafatı laureatlarını müəyyənləşdirmək üçün bülletenlərinin sayılmasına başlanılıb
19:58 20 Fevral 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Los-Ancelesdə 87-ci “Oskar” mükafatı qaliblərini müəyyən etmək üçün kinematoqrafiya sənəti akademiyası üzvlərinin doldurduğu bülletenlərinin sayılmasına başlanılıb. Nəticələr fevralın 21-də məlum olacaq.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, akademiyanın 6292 üzvünün təqdim etdiyi bülletenlərin sayılmasında məşhur PricewaterhauseCoopers beynəlxalq auditor kompaniyasının 20 nəfərlik əməkdaşı iştirak edir. Səsvermə 24 nominasiya üzrə keçirilib.
Hollywood & Highland Center ticarət-mədəniyyət kompleksində mükafatın qaliblərinin təntənəli elan olunması mərasimi fevralın 22-nə təyin olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oskar_mukafati_laureatlarini_mueyyenlesdirmek_uchun_bulletenlerinin_sayilmasina_baslanilib-833787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR