Kaxaber Tsxadadze: "Hamısı qarayaxmadı"

Kaxaber Tsxadadze: "Hamısı qarayaxmadı"
20:31 20 Fevral 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze dünən keçirilən AZAL - İnter matçından sonra komandalar arasında baş vermiş dava-dalaşa münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, klub saytına açıqlama verən gürcü mütəxəssis ənənəsinə sadiq qalaraq, hamıda günah görərək, özünü təmizə çıxarmağa çalışıb.

“Oyundan sonra baş verənləri mənə qarşı xüsusi qarayaxma və məni hörmətdən salmağa yönəlmiş hərəkətləri kimi qiymətləndirirəm. Mən həmin legioner məşqçiyəm ki, 6 ildir Azərbaycanda çalışıram və bu müddət ərzində nəticə vermişəm. Məni və uğurlarımı qaralamaq istəyirlər. Amma necə olursa olsun, “İnter” bu mövsüm qarşısında dayanmış hədəflərə çatacaq.

Cəzalı olduğum müddətdə komanda bir dəfə də məğlub olmadı və mənim haqqında deyilənlər həqiqətdən uzaqdır. Çalışdığım ölkənin insanlarına qarşı heç zaman hörmətsizlik etməmişəm və bundan sonra da etmərəm. Oyundan sonra dəhlizdə baş verən hadisənin şahidlərindən biri də AZAL komandasının baş məşqçisi Tərlan Əhmədov idi və o, mənim sözlərimi təsdiqləyə bilər ki, oyundan sonra kiməsə qarşı hörmətsizliyə yol vermədim.

Bir daha təkrar edirəm, bütün bunlar mənə qarşı xüsusi qarayaxma və məni hörmətdən salmağa yönəlmiş hərəkətlərdir”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR