A–
Bakı, 15 aprel, Elvin Camalov, AZƏRTAC
Qabaqcıl texnologiyalara sahib olan şirkətləri Azərbaycana dəvət edib Azad Ticarət Zonada fəaliyyət göstərməsinə çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
O bildirib ki, ABŞ-ın həm Çində, həm Avropada, həm də Mərkəzi Asiyada fəaliyyət göstərən çox nəhəng şirkətləri var. Biz həm ABŞ şirkətlərini, həm də regiondakı şirkətləri limanda yaradılacaq Azad Ticarət Zonasında görmək istəyirik.
“Ona görə də qabaqcıl texnologiyalara sahib olan şirkətləri Azərbaycana dəvət edib Azad Ticarət Zonasında fəaliyyət göstərməsinə çalışırıq. Bu texnologiyaları öyrənmək lazımdır, inkişafın əsaslarından biri bu texnologiyaların tətbiqidir. Düşünürük ki, ABŞ, Rusiya, İran, Hindistan və Türkiyə şirkətləri Ələtdə yaradılacaq Azad Ticarət Zonasında fəaliyyət göstərəcək”, - deyə T.Ziyadov vurğulayıb.
AZERTAG.AZ :Taleh Ziyadov: Qabaqcıl texnologiyalara sahib şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün çalışırıq