Bakı-Quba yolunda zəncirvari qəza: 2 yaralı

Bakı-Quba yolunda zəncirvari qəza: 2 yaralı
09:52 21 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiya dövlət sərhədi avtomobil yolunda qəza baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Quba istiqamətində hərəkətdə olan “QAZ-24” markalı avtomobil idarəetməni itirərək yolun ortasındakı dəmir maneəyə dəyib. Sonra arxadan gələn “Niva” markalı avtomobil qəzaya uğrayan “QAZ-24”-lə toqquşub.
 
Daha sonra eyni istiqamətdə hərəkətdə olan, Qusar rayon sakini, 34 yaşlı İsmayıl Əliyevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi də “QAZ-24”-ə çırpılıb.
 
Nəticədə “Niva”nın sürücüsü, 56 yaşlı Bakı şəhər sakini İbadulla İdrisov və “Mercedes”in sərnişini, 28 yaşlı Yevlax rayon sakini Fuad Əfəndiyev müxtəlif xəsarətlər alıblar.
 
Onlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
 
İlkin ehtimala görə, qəza yağıntılı hava şəraitinə uyğun sürət həddinin seçilməməsi səbəbindən baş verib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR