Mir Şahinə ağır itki

Mir Şahinə ağır itki
13:41 21 Fevral 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın bu soyuq günlərində ANS kollektivi sanki qara zolağa düşüb. Əvvəlcə bizim kollektivin sevimlisi, Milli Qəhrəman Çingiz Mustafayevi, ANS Şirkətlər Qrupunun rəhbərləri Vahid və Seyfulla Mustafayevləri dünyaya bəxş etmiş Naxış xanım Mustafayeva bizi tərk elədi. Bunun ardınca, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayevin bacısı Nazənin xanım dünyasını dəyişdi.

Dərin hüznlə bildiririk ki, Nazənin xanım uzun müddət xəstə idi. Türkiyədə və Azərbaycanda onun sağlamlığı uğrunda aparılan mübarizə nəticə vermədi və Tanrı öz sevimli bəndəsini dərgahına apardı.

Biz Vahid və Seyfulla Mustafayevlərə baş sağlığı diləyir, kollektivimiz adından Mir Şahin Ağayevə səbr diləyirik.

Allah rəhmət eləsin!
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR