Qusarın Haçatala kəndində həmkəndlilər arasında düşən mübahisə birini xəstəxanalıq, digərini isə həbsxanalıq edib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, hərbi xidmətdən bir gün əvvəl qayıtmış 20 yaşlı gənc 24 yaslı Haçatala kənd sakininə yaba ilə xəsarət yetirib. Qusar PŞ-dən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Qusar polisi artıq Ravil Həmidovu yaxalayib. O, Qusar köhnə Xudat Qazmalar kənd sakinidir. Yaba xəsarəti alan Ruslan Cinnətov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında mualicə olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əsgərlikdən qayıtdı, qonşusunu yabaya keçirdi - VİDEOƏsgərlikdən qayıtdı, qonşusunu yabaya keçirdi