Rəhim Rəhimlinin evində hansı ifaçını bəyənmirlər? O bunu açıqlayacaq. Rəhim ilə illərdir küsülü olan sənətçi ilk dəfə danışacaq. Bir müddət öncə aralarında qalmaqal yaşanan R.Rəhimli və Xuraman Şuşalı bu verilişdə üz-üzə gələrək nələrə aydınlıq gətirəcəklər? Aralarındakı qalmaqal daha da alovlanacaq yoxsa söz-söhbətə son qoyulacaq?
Rəhim ilə birlikdə verilişin qonağı olan məşhur aparıcı Aytən Səfərova müğənni Sevda Yahyayeva barəsində nələr dedi? Xalq artisti Brilliant Dadaşova "Ay iki, üç kilo sümüklər" sözünü kimlərə ünvanladı?
Bundan əlavə olaraq "A-dan Z-yə" komandası tərəfindən sənətçi üçün maraqlı sürpriz hazırlanıb. Rəhimin gözləmədiyi şəxslər studiyaya gələcəklər.
Zaur Nəbioğlunun aparıcısı olduğu proqramda bundan əlavə olaraq digər maraqlı hadisələr də yaşanıb. Bunların hamısını bilmək istəyirsinizsə şəmbə günü "A-dan Z-yə" verilişini qaçırmayın.








MənbəANS PRESS