Bu nahamar yol bizi Nabran istirahət zonasına aparır. Çimərlik mövsümü başlayan kimi yolda avtomobillərin intensivliyi indikindən 3-4 dəfə cox olacaq. 1968-ci ildə çəkilən yol istismar müddətini başa vurduğundan asfalt örtüyü yarıtmaz hala düşüb. Eyni vəziyyət Gəndov-Yalama yolunun Xaçmazdan Xudata və Xudatdan Yalamaya gedən hissəsində də müşahidə edilir.

RTV(REGİON TV) xəbər verir ki, mütəxəssisilər bildirirlər ki, yollar 10 ildən bir əsaslı təmir olunmalıdır. Xaçmazdan Nabran və Yalama istiqamətində 50 il əvvəl çəkilən yollar isə bir dəfə də olsun əsaslı təmir edilməyib. Bununla yanaşı 1995-96 illərində Xəzər dənizindəki qabarmalar da Nabran istirahət zonasındakı yollara ziyan vurub. Yolun 4 kilometrlik hissəsi tamamilə dağılıb.

30 kilometrlik Xudat-Nabran yolunun bu il ərzində əsaslı təmiri gözlənilməsə də, ölkəmizin şimal qapısına aparan Xudat-Yalama yolunun yenidən qurulmasına 3 aydan sonra başlanılacaq.

Yeni yolun tikilməsi ilə yanaşı 5 saylı Yol İstismarı İdarəsi digər yollarda da cari təmir işləri aparacaq. Ölkənin əsas çimərliklərinin yerləşdiyi Nabran istirahət zonasına aparan yolun isə cari yox əsaslı təmirə ehtiyacı var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nabran yolu turistləri qarşılamağa hazır deyil - VİDEONabran yolu turistləri qarşılamağa hazır deyil