Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib

Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib
18:03 21 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək. Bunu AzərTAc-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə bu ilin fevralın 21-də valyuta məzənnələrində dəyişikliklər edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Manatin_mezennesinin_deyisdirilmesi_ile_elaqedar_suni_qiymet_artiminin_qarsisinin_alinmasi_uchun_nezaret_tedbirleri_guclendirilib-833966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR