Prezident təbrik etdi

Prezident təbrik etdi
18:51 21 Fevral 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir:

"Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=327473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR