27 yaşlı polis işçisi qəfildən ölüb (FOTO)

27 yaşlı polis işçisi qəfildən ölüb (FOTO)
21:56 21 Fevral 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada gənc polis əməkdaşı qəfildən dünyasını dəyişib.

ANS PRESS-in APA-ya istinadən verdiyi xəbərə görə, Rayon Polis Şöbəsinin pasport və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis baş-leytenantı Məhəmməd Abdullayev ürək çatışmazlığından ölüb.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 27 yaşlı M. Abdullayev iki gün əvvəl Abşeron rayon Polis Şöbəsinə təyinat alıbmış. O, yeni təyinatı ilə əlaqədar Bakıya gedərkən qəfildən dünyasını dəyişib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR