Yəməndə qiyamçılar keçmiş prezidentə ölkəni tərk etməyə icazə verdilər

Yəməndə qiyamçılar keçmiş prezidentə ölkəni tərk etməyə icazə verdilər
00:43 22 Fevral 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 fevral, AzərTAc
Şiələrin qiyamından sonra istefa verməyə məcbur olan Yəmənin sabiq prezidenti Əbd Rabbo Mənsur Hadi ölkədən getmək üçün imkan əldə edib.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Xuti adlı şiə tayfasından olan qiyamçılar ABŞ, BMT, Rusiya və yerli partiyaların təzyiqi ilə keçmiş prezidentin ölkədən çıxmasına razılıq veriblər. Onun hazırda ölkənin cənubunda olduğu və oradan müalicə üçün xaricə gedəcəyi bildirilir.
Qeyd edək ki, Yəmənin prezidenti və ölkə hökumətinin üzvləri yanvarın sonlarında şiə qiyamçılarının əvvəlcə paytaxt Səna şəhərini, daha sonra isə prezident sarayını ələ keçirməsindən sonra vəzifələrini tərk etmək qərarına gəlmişdilər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yemende_qiyamchilar_kechmis_prezidente_olkeni_terk_etmeye_icaze_verdiler-834026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR