SOCAR-ın işçiləri üçün təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı kurs təşkil olunub

SOCAR-ın işçiləri üçün təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı kurs təşkil olunub
08:08 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc 
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində şirkətin müəssisə və təşkilatlarında çalışan 8 nəfər üçün “Təxribatsız müayinə (NDT)-Maqnit tozlama müayinə metodu” mövzusunda kurs təşkil olunub.
Bu barədə AzərTAc-a SOCAR-dan bildirilib.
Mərkəzdə dinləyicilərə maqnit tozlama metodunun yaranma texnologiyası, bu metodun köməyi ilə lövhələrin, boruların və digər birləşmələrin xarici səthlərində qüsurların aşkarlanması, zədələnmiş metal və qaynaq tikişlərinin keyfiyyətinin müayinə edilməsi haqqında məlumatlar verilib.
Kursun keçirilməsində məqsəd qaynaq işləri görülərkən təhlükəsiz iş şəraitinin yaradılması və nəzarətin düzgün təşkilidir.
Kursu müvəffəqiyyətlə başa vurmuş iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_in_ischileri_uchun_tehlukesiz_is_seraitinin_yaradilmasi_ile_bagli_kurs_teskil_olunub-834037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR