"Real"ın qapıçısı Keylor Navas ÇL yarımfinalının ilk oyununda qapısını toxunulmaz saxlamaqla klub rekorduna imza atıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, kosta-rikalı qolkiper bu turnirdə artıq 8-ci "quru oyun"unu keçirib. "Mançester Siti" ilə görüşün 28-ci dəqiqəsində Navas əfsanəvi Van der Saarın 1995/96 mövsümündə "Ayax"da müəyyən etdiyi rekordu qırıb. Navas artıq 720 dəqiqədir ki, qapısında qol görmür. O, cari göstəriciyə əsasən, "Arsenal"ın eks qolkiperi Yens Lemandan geri qalır. Almaniyalı çərçivə qoruycusu 853 dəqiqə qapısını toxunulmaz saxlaya bilmişdi. "Real" və "Mançester Siti" arasında cavab oyunu mayın 4-də "Santiaqo Bernabeu"da baş tutacaq.
Milli.Az