Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində təmirə dayanmış ümumi sahəsi 35 kv.m olan birmərtəbəli stomatoloji şöbədə qaz sızması nəticəsində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. Yanğın hadisəsi baş vermədi. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Milli.Az