Qarın ağırlığına dözməyən çardaq uçdu, ev sahibi öldü

Qarın ağırlığına dözməyən çardaq uçdu, ev sahibi öldü
22:12 22 Fevral 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür aramsız yağan güclü qar Salyanda bir nəfərin ölümünə səbəb olub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bədbəxt hadisə bu gün Salyan rayonunun Seydilər kəndində baş verib.

Seyidlər kəndinin sakini, 41 yaşlı Əzizov Bayram Şamil oğlu həyətindəki çardağın qarın ağırlığına davam gətirməyəcəyini görərək qarı kürümək istəyib. O, çardağın üstünə çıxıb. Bu zaman çardaq uçaraq B.Əzizovun üstünə tökülüb və o, hadisə yerindəcə keçinib.

Neftçala şəhərində də oxşar hadisə baş verib. 25 yaşlı gənc həyətlərindəki çardağın qarını təmizləmək istəyən zaman çardaq uçub. Həmin gənc ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/326043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR