Aktyor Rafiz Mehdizadə yeni filmdə - FOTOSESSİYA

Aktyor Rafiz Mehdizadə yeni filmdə - FOTOSESSİYA
00:12 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Pantomima Teatrının aparıcı aktyoru Rafiz Mehdizadə “İçərişəhər” adlı tammetrajl filmdə çəkilib. Aktyor bu haqda Milli.Az-a açıqlama verib:

“Psixoloji dram janrında olan filmin rejissoru İlqar Safatdır. Film gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edir. Baş rolları məndən başqa, Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırırlar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada oldu. Mən də filmdə baş rolu - Rafaeli ifa edən Firdovsi Atakişiyevin uşaqlığını oynayıram. İlqar Safatla artıq bu ikinci yaradıcı işimdir. İlqarla işləmək həm çox xoş, həm də çox rahatdır.

Filmdə debütüm İlqar Safatın “Sahə” filmi olub, çox sevinirəm ki, o filmdə oynamışam. Orada Emil obrazını oynamışdım, Emil Qarabağda həlak olur. ”İçərişəhər” filmindəki Rafael obrazım da Qarabağ döyüşündə olur, amma burada film xoş sonluqla bitir. O həlak olmur. Mənim çəkilişlərim Zaqatalada oldu. Rafael qəhrəman bir obrazdır. O, vətəni üçün canından belə keçməyə hazırdır. Çəkiliş prosesində Firdovsi Atakişiyevlə də tanış oldum, o həm yaxşı insan, həm də gözəl aktyordur”.

Əli Rəhimoğlu
Milli.Az























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/325851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR