Qeyd edək ki, V.Semak Qrupda karyerasına 2002-ci ildə Sankt-Peterburqda yerləşən “Vena” şirkətinin regional satış meneceri vəzifəsində başlayıb. Bir il sonra V.Semak satış üzrə direktor müavini, daha sonra isə satış üzrə direktor təyin olunub. 2005-ci ildə o, “Baltika” şirkətinin Qərb regionunda satış üzrə vitse-prezidenti təyin edilib, 2007-ci ildə “Olivariya” pivə istehsalı zavodunun (Belarus) baş direktoru vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, “Baltika-Baku” şirkətinin dövlət büdcəsinə illik ödəmələri 20 mln. manat, zavoda sərmayələr 47 mln. manat təşkil edib.
“Baltika-Baku” Azərbaycanın pivə bazarında 75% paya malikdir.