Obama "axmaq" amerikalıları sevir

Obama "axmaq" amerikalıları sevir
14:03 23 Fevral 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend/

ABŞ Prezidenti Barak Obama radio vasitəsilə amerikalılara müraciət edərkən bəyan edib ki, Amerikanı və onun sakinlərini, hətta "axmaq" olsalar belə sevir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, Obama deyib: "Mən Amerikanı, hətta onun axmaqlarını da sevirəm".

Prezident qeyd edib ki, Amerikada bütün tip insanlar yaşayır - gənclər, qocalar, zəiflər, güclülər, ağıllılar və axmaqlar: "Və axmaq insanlar doğrudan da kloun kimi hərəkət edəndə onları sevməyə davam edirəm, çünki onlar Amerikanın hissəsidir. Həqiqətən də ölkənin böyük hissəsidir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2367098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR