Qiymətləri artıranlara RƏSMİ XƏBƏRDARLIQ

Qiymətləri artıranlara RƏSMİ XƏBƏRDARLIQ
14:24 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Nazirlik istehlak bazarında gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir

“İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir”. Bunu Lent.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib. Onun sözlərinə görə, bu, istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçündür:  “Süni qiymət artımına yol verən şəxslər cəzalandırılacaq”-deyə, nazirlik rəsmisi qeyd edib.

Qeyd edək ki, son günlərdə ölkədə bəzi məhsulların qiymətində artım müşahidə edilir və bu Mərkəzi Bankın 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsi ilə izah olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR